Keçən il Azərbaycanla 44 ölkə arasında ümumilikdə 161 sənəd imzalanıb

2024/03/sdfsd-1709641256.jpg
Oxunub: 127     15:58     05 Mart 2024    
2023-cü il ərzində müvafiq prosedurlara uğun olaraq Azərbaycanla 44 ölkə ilə ümumilikdə 161 sənəd imzalanıb.

Ordu.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.

Bildirilib ki, sözügedən ölkələr ABŞ, Albaniya, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Bosniya va Hersegovina, Böyük Britaniya, Braziliya, Çexiya, Çin, Esvatini, Filippin, Gürcüstan, Hindistan, İran, İraq, İsrail, İsveçrə, İtaliya, Kuba, Kolumbiya, Macarıstan, Maldiv, Mərakeş, Misir, Moldova, Montenegro, Özbəkistan, Qazaxıstan, Qətər, Qırğızıstan, Ruanda, Rumıniya, Rusiya, Serbiya, Səudiyyə Ərəbistanı, Slovakiya, Somali, Tacikistan, Türkiyə, Şimali Makedoniya, Uganda, Venesuela və Yaponiyadır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Sənəd  


Bizi "telegram"da izləyin