40 nəfərə terror hadisəsi ilə əlaqədar əlillik statusu verilib

2022/01/1641546566.jpg
Oxunub: 103     15:26     05 Mart 2024    
"Əlilliyin qiymətləndirilməsi Qaydası" nın 1.5-ci bəndində əlillik səbəbləri sırasına dünya praktikasına uyğun olaraq "terror hadisəsi ilə əlaqədar səbəbi əlavə olunub.

Ordu.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Dövlət Təhlükəsizlik Xidmətinin və Baş Prokurorluğun təqdim etdiyi təsdiqedici sənədlər əsasında indiyədək 40 nəfərin əlillik səbəbi "Əlillik" altsisteminda "terror hadisəsi ilə əlaqədar səbəbinə dəyişdirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Terror-hadisəsi   Əlillik  


Bizi "telegram"da izləyin