Xankəndidə yaşayış fonduna aid 7.7 min tikili aşkar edilərək inventarlaşdırılıb

2024/02/1707288867.jpg
Oxunub: 130     14:46     05 Mart 2024    
2023-cü il 19 sentyabr tarixində həyata keçirilmiş lokal antiterror əməliyyatından sonra azad edilmiş ərazilərdə inventarlaşdırma işləri aparılıb, bu ərazilərdə ümumilikdə 7.7 min yaşayış və 687 qeyri-yaşayış fonduna aid tikililər aşkar edilərək inventarlaşdırılıb.

Ordu.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Qeyd edilib ki, Xankəndi şəhəri üzrə daşınmaz əmlakların inventarlaşdırılması başa çatdırılıb. Daşınmaz əmlaklara dair tərtib edilmiş sxemlər və fotoşəkillər ORGIS-a daxil edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xankəndi   Tikili  


Bizi "telegram"da izləyin