Şoyqu: "Rusiya Ukrayna ordusunu qərbə sıxışdırmağa davam edir"

2024/02/1708492412.jpg
Oxunub: 121     14:05     05 Mart 2024    
Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrini qərbə doğru sıxışdırmağa davam edir.

Ordu.az xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

Onun sözlərinə görə, Ukrayna döyüşçülərinin Avdeyevkanın müdafiə mərkəzindən qaçmasından sonra Rusiya qoşun qrupu onların Petrovskoye-Lastoçkino-Severnoye xəttində möhkəmlənməsinə imkan verməyib və Ukrayna qoşunlarını qərb istiqamətində sıxışdırmaqda davam edir.

Qeyd edək ki, Rusiya ordusu fevralın 17-də Donetsk vilayətinin Avdeyevka şəhərinə nəzarəti tam ələ keçirdiyini açıqlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şoyqu   Rusiya  


Bizi "telegram"da izləyin