KİV: Türkiyədə "Mossad"a məlumat satmaqda şübhəli bilinən 7 nəfər saxlanılıb

2024/03/1709629933.jpg
Oxunub: 137     13:10     05 Mart 2024    
Türkiyə polisi İsrailin “Mossad” kəşfiyyat xidmətinə məlumat satmaqda şübhəli bilinən 7 nəfəri saxlayıb.

Ordu.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, saxlanılanlar arasında xəfiyyə də var. Keçmiş dövlət məmuru olan xəfiyyə Türkiyədə Yaxın Şərq şirkətləri və şəxsləri haqqında məlumat toplamaqda, izləmə cihazları yerləşdirməkdə və müşahidə ilə məşğul olmaqda şübhəli bilinir.

Mənbələr həbslərin Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) və İstanbul terrorla mübarizə polisi tərəfindən həyata keçirilən əməliyyatın bir hissəsi olduğunu bildirib.

Ankara əməliyyatla bağlı rəsmi açıqlama verməyib. İsrail tərəfi isə "Anadolu"nun xəbərinə hələ ki, münasibət bildirməyib.

Mənbələr bildirir ki, türk xəfiyyə Serbiyanın paytaxtı Belqradda “Mossad” tərəfindən təlim keçib və rəsmi qeydlərdə görünməyən ödənişləri kriptovalyuta ilə alıb.

Xatırladaq ki, yanvar ayında Türkiyə məhkəməsi “Mossad” ilə əlaqədə olmaqda və Türkiyədə yaşayan fələstinliləri hədəf almaqda şübhəli bilinən 15 nəfərin həbsinə, daha 8 nəfərin deportasiyasına qərar verib. Fevral ayında Türkiyə “Mossad”-a məlumat satmaqda şübhəli bilinən yeddi nəfəri saxlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Mossad  


Bizi "telegram"da izləyin