“Hürjet”in sınaqları davam edir

2024/03/Hurje-1709629422.jpg
Oxunub: 208     16:00     05 Mart 2024    
Türkiyə Aviasiya və Kosmos Sənayesi (TUSAŞ) tərəfindən 2017-ci ildə başladılan işlər nəticəsində ortaya çıxan “Hürjet” Reaktiv Təlim və Yüngül Hücum Təyyarəsi Türkiyənin ilk insanlı reaktiv mühərrikli təyyarəsi olaraq önə çıxır.

Ordu.az xəbər verir ki, ilk uçuşunu 2023-cü il aprelin 25-də edən “Hürjet” o vaxtdan etibarən ümumilikdə 43 uçuş həyata keçirərək, 34 saatlıq uçuş müddətinə müvəffəqiyyətlə çatıb.

“Hürjet” müasir avionika sistemləri ilə təchiz edilmiş, tək mühərrikli və tandem pilot kabinəli reaktiv təlim təyyarəsidir. Yüksək performansı ilə kritik rolların öhdəsindən gəlmək üçün nəzərdə tutulub.

Bu çərçivədə “Hürjet”in silahlı versiyasının geniş missiyalar təqdim etməsi planlaşdırılır. Bundan əlavə, “Hürjet” Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) köhnə T-38 və F-5 təyyarələrini əvəz edəcək.

Həmçinin “Hürjet” artan 5-ci nəsil döyüş təyyarələrinə (TFX, F-35 və s.) uyğun təlim dəstəyi təmin edəcək şəkildə hazırlanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Hürjet   TUSAŞ  


Bizi "telegram"da izləyin