“Cobra-II” zirehli vasitələri Qazaxıstan ordusuna dəstək verir

2024/03/cobra-1709629337.jpg
Oxunub: 191     15:47     05 Mart 2024    
“Otokar” tərəfindən hazırlanan “Cobra-II” zirehli vasitələri Qazaxıstan ordusuna dəstək verir.

Ordu.az xəbər verir ki, Qazaxıstandan olan sosial media istifadəçilərinin paylaşdığı videolarda birdən çox “Cobra-II” Taktiki Təkərli Zirehli Vasitəsini (TTZV) görmək mümkündür.

Bu çərçivədə Türkiyə müdafiə sənayesinin zirehli vasitə istehsalında mühüm aktorlarından biri olan “Otokar”ın istehsal etdiyi “Cobra-II” TTZV-ləri Qazaxıstana təhvil verilib.

Ötən il Qazaxıstanın “Otokar”dan 150 ədəd “Cobra-II” TTZV sifariş etdiyi iddia edilib. Ancaq mövzu ilə bağlı rəsmi açıqlama verilməyib.

“Orda.kz”nin xəbərində Qazaxıstanın Türkiyədən 800-dən çox zirehli vasitə almaq istədiyi iddia edilib. Bu çərçivədə “Otokar” istehsalı olan 834 ədəd “Arma” 8×8 Zirehli Döyüş Vasitəsinin alınacağı və satınalmanın 2 trilyon təngəyə (4,5 milyard dollar) başa gələcəyi iddia edilib. 2023-cü ilin əvvəlində isə Qazaxıstanda sınaq zamanı “Arma” və “Tulpar” görüntülənib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cobra-II   Qazaxıstan   Türkiyə  


Bizi "telegram"da izləyin