Ukraynada F-35 döyüş təyyarələrindən istifadə edilib

2024/03/UNITE-1709629245.jpg
Oxunub: 297     15:20     05 Mart 2024    
Ukraynada davam edən müharibədə raket obyektlərinin aşkar edilməsi üçün F-35 döyüş təyyarələrindən istifadə edildiyi bildirilib.

Ordu.az xəbər verir ki, Sinqapurun müdafiə naziri Ng Eng Hen F-35 sifarişi ilə bağlı Satınalma Müzakirələri Komitəsində açıqlamalar verib.

Hen bu kontekstdə ABŞ-nin Ukraynadakı rus qoşunlarının Hava Hücumundan Müdafiə (HHM) sistemlərini və raket obyektlərini aşkar etmək və müəyyən etmək üçün F-35 döyüş təyyarələrindən istifadə etdiyini bildirib.

Bundan əlavə, o, əldə edilən məlumatların NATO ölkələri ilə paylaşıldığını qeyd edib.

“F-35-lər işə düşdükdən sonra Hərbi Hava Qüvvələrimizi (HHQ) birinci liqaya daşıyacaq. Altıncı nəsil hazırlanır, lakin bunun üçün bir az vaxt lazımdır. F-35-lər fəaliyyətə başlayanda birinci liqada olacağıq. Biz F-35-ləri 20 il əvvəl, 2004-cü ildə qiymətləndirməyə başladıq. Təhlükəsizlik Əməkdaşlığı İştirakçısı olaraq əvvəlcə ayaq barmaqlarımızı suya batırdıq və qiymətləndirmə üçün şərti olaraq 4 ədəd sifariş etdik. Lakin o vaxtdan bəri F-35-lər digər HHQ-lər tərəfindən real missiyalar üçün tətbiq edilir ki, bu da hər cür qiymətləndirmənin son sınağı, yəni hər bir döyüş platformasının son sınağıdır. Məsələn, ABŞ və Böyük Britaniya Yaxın Şərqdə İŞİD-ə qarşı F-35-lərdən istifadə edib. Bu yaxınlarda ABŞ Ukraynadakı rus qoşunlarının “yer-hava” raket obyektlərinin yerini müəyyən etmək və aşkarlamaq üçün F-35-lərdən istifadə etdi və bu məlumat NATO ölkələri ilə paylaşıldı”, - deyə Sinqapurun müdafiə naziri əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   F-35  


Bizi "telegram"da izləyin