Ermənistanın keçmiş Baş naziri: “Nikol Paşinyan hər şeyi etiraf etməyə hazırdır”

2024/03/1709628234.jpg
Oxunub: 199     13:45     05 Mart 2024    
“Əminliklə demək olar ki, bu səlahiyyətlilərin dövründə onsuz da mövcud olmayan məhkəmə sistemi daha da deqradasiyaya uğrayıb”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın keçmiş Baş naziri, “Azadlıq” partiyasının sədri Hrant Baqratyan deyib.

Onun sözlərinə görə, xüsusilə son təyinatlardan sonra prokurorluq zorakılıq alətinə çevrilib.

“Bu bizim millətin, xalqımızın ayıbıdır, çünki bu, cəmiyyətin namusunu göstərir, namus isə yerində deyil. İstənilən şəxsə qarşı hər hansı ittiham irəli sürülür və cinayət işi açmağa çalışırlar. Çox ciddi problemdir, mürəkkəb problemdir”, - deyə Baqratyan qeyd edib.

Baqratyan bildirib ki, Nikol Paşinyan hər şeyi etiraf etməyə hazırdır.

“Bəlkə də tezliklə xarici işlər nazirinə “Araqats Mirzoyan”la müraciət edəcəyik”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin