Ermənistanın keçmiş Baş naziri: “Ya əşyalarınızı, övladlarınızı yığın, bu ölkədən gedin, ya da ölkəniz üçün mübarizə aparın”

2024/02/1707983629.jpg
Oxunub: 266     17:45     05 Mart 2024    
“İş uydurmadır, iki şahidin ifadəsinə baxsanız, eyni sözlərlə yazılmış ifadədir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın keçmiş Baş naziri, “Birgə” ictimai-siyasi hərəkatının üzvü, “Azadlıq” partiyasının rəhbəri, zorakılığa çağırışda ittiham olunan Hrant Baqratyan deyib.

“İşi yuxarıdan qurublar, iki şahid tapıblar, onlar da ifadə verirlər. Əgər bu, hüquqi dövlətdirsə, bu iş üzrə ittiham aktını təqdim edən şəxs mühakimə olunmalıdır”, - deyə o bildirib.

Baqratyan qeyd edib ki, birinci şahid ifadəsini geri götürür, prokuror uşaqların müdafiəsi üçün keçirilən mitinqlə absurd müqayisələr apararaq, vəziyyəti xilas etməyə çalışıb.

“Bu gündən düşünün, çünkü dəhşətli gün gələcək, ya əşyalarınızı, övladlarınızı yığın yığın, bu ölkədən gedin, ya da ölkəniz üçün mübarizə aparın. Dəhşətli hökm millətimizin başına gələcək, Paşinyan hakimiyyətinə deyil, bizə, sizə gələcək, çünki biz mübarizə aparmırıq, belə şeylərə yol veririk, arxayın olmamalıyıq”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Xaos  


Bizi "telegram"da izləyin