Erməni siyasi texnoloq: “Ermənistan hakimiyyətinin seçki resursları yoxdur”

2023/03/2023--1679037585.jpg
Oxunub: 146     17:19     05 Mart 2024    
“Ermənistan hakimiyyətinin artıq seçki resursları yoxdur”.

Ordu.az xəbər verir ki, bunu erməni siyasi texnoloq Vigen Hakopyan GALLUP-un növbəti sorğusunu təqdim edərkən deyib.

Hakobyan qeyd edib ki, Nikol Paşinyanın komandasının əsas kozırı onun seçkilər zamanı aldığı mandatdır və bu səbəbdən onun bütün hərəkətləri guya xalqın iradəsini tam əks etdirir.

“Faktlar əksini göstərir. Heç vaxt bu qədər hərbi əməliyyatlar, belə itkilər olmayıb. Qeyd edək ki, Paşinyanın manipulyasiya xarakterli bəyanatlarında həmişə sülh sözü var: sülh kəsişməsi, sülh sütunu və s. O, öz “sülh” konsepsiyasını boşluqda təqdim edir”, - deyə o bildirib.

Hakobyan vurğulayıb ki, Ermənistan hakimiyyətinin seçki resursları yoxdur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin