“Ermənistan yenidən “qismən azad” ölkələr qrupuna daxil edilib” - Aşotyan

2021/09/16713-1632560890.jpg
Oxunub: 217     16:30     05 Mart 2024    
“Freedom House” beynəlxalq insan haqları təşkilatının dünyada azadlıqlara dair illik hesabatı erməni domenində əsasən onun Qarabağla bağlı qiymətləndirmələri ilə müzakirə olunub”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan “Nubaraşen” həbsxanasından yazdığı məqalədə bildirib.

“Əgər bir az da olsa, milli və ağıllı səlahiyyətlilərimiz olsaydı, o zaman Qərb dünyasında nüfuz sahibi olan bu təşkilatın qiymətləndirmələri erməni diplomatiyasının arsenalını gücləndirə bilərdi. Bu yazı ilə mən FH-yə görə Ermənistanda azadlıqlar və demokratiya ilə bağlı illik qiymətləndirmələrə istinad etmək istərdim. Bunlar ölkəmizdəki biabırçı vəziyyətə dəlalət etsə də, ictimaiyyətin diqqətindən kənarda qalıb. Beləliklə, növbəti hesabata görə, Ermənistan yenidən “qismən azad” ölkələr qrupuna daxil edilib. Lakin bu hesabatın bütün tədqiqi zamanı ölkədə qurulan avtoritarizmlə bağlı Paşinyanın yalanlarını ifşa edən daha iyrənc faktlar və qiymətləndirmələr üzə çıxır. Bu məlumatları tam başa düşmək üçün yadda saxlamaq lazımdır ki, FH hesabatı hər bir ölkədə siyasi hüquqlar və vətəndaş azadlıqlarının səviyyəsini 0-dan 4-ə qədər aydın göstəricilərə görə qiymətləndirir. Beynəlxalq ekspertlərin fikrincə, “Ermənistanın icra və qanunvericilik orqanları bu cür seçkilərdə nə dərəcədə formalaşıb?” sualına hər iki halda Ermənistan 4 maksimum baldan iki bal alıb. Yəni qeyd edə bilərik ki, hətta FH hesabatına görə, Paşinyan rejimi yarı legitimdir”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Freedom-House  


Bizi "telegram"da izləyin