Erməni ekspert: “Rusiya hazırda cənubda, yəni bu regionda müharibədə maraqlı deyil və hər vəchlə bundan yayınır”

2024/03/1709627676.jpg
Oxunub: 185     16:10     05 Mart 2024    
“Biz görürük ki, Rusiya hazırda cənubda, yəni bu regionda müharibədə maraqlı deyil və hər vəchlə bundan yayınır”.

Ordu.az xəbər verir ki, bunu erməni türkşünas Andranik İspiryan deyib.

Onun sözlərinə görə, baş verən hadislər göstərib ki, Rusiya sadəcə olaraq çox şeyə nail ola bilməyib.

“Rus sülhməramlılar uzunmüddətli ümidlərlə daxil oldular, lakin gedişat fərqli oldu. İndi üstəlik belə qənaətə gəliblər ki, rusları ümumilikdə regiondan çıxarmağa, onların təsir imkanlarını zəiflətməyə çalışırlar. Biz görürük ki, Rusiya müharibəsiz həll yolu tapmağa çalışmır”, - deyə İspiryan qeyd edib.

Erməni ekspert bildirib ki, Ermənistanla Aİ arasında təhlükəsizlik sektorunda real əməkdaşlıq sazişi görünmür.

“Baş nazirin Fransaya səfərini çoxlarımız gördük, sevindik, amma Ermənistanla Aİ arasında təhlükəsizlik sahəsində real əməkdaşlıq və ya təminat sazişi görmürük”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan    


Bizi "telegram"da izləyin