Erməni general: “Qərbə getsən, sənin Rusiya kimi düşmənin olacaq, Rusiyaya getsən, bu, Ermənistanın əraziləri ilə itirilməsi deməkdir”

2019/12/Gagik-1575627915.jpg
Oxunub: 197     15:57     05 Mart 2024    
“Ermənistan indi seçim qarşısındadır: Qərb, yoxsa Rusiya? İrəvan öz təhlükəsizlik problemlərini necə həll edəcəyinə qərar verməlidir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı, erməni general Qaqik Melkonyan deyib.

Onun sözlərinə görə, Ermənistan nə vaxtsa bu seçimi etməlidir.

“Lavrov deyir ki, Ermənistan mövqe tutmalıdır. Qərb deyir ki, Ermənistan mövqe tutmalıdır. İndi Qərbə getsən, sənin Rusiya kimi düşmənin olacaq, Rusiyaya getsən, bu, Ermənistanın əraziləri ilə itirilməsi deməkdir”, - deyə Melkonyan qeyd edib.

Erməni general bildirib ki, İrəvan KTMT-dən çıxmaqla bağlı hələ qərar verməyib.

Eyni zamanda Melkonyan Ermənistanın indiki siyasətini davam etdirəcəyi təqdirdə Moskvanın rəhbərlik etdiyi alyansdan çıxarılacağını da istisna etmir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İrəvan   KTMT   Rusiya   Qərb  


Bizi "telegram"da izləyin