Erməni politoloq: “Apreldə Rusiya Ermənistana qarşı aydın addımlar ata bilər”

2024/03/1709626245.jpg
Oxunub: 215     15:33     05 Mart 2024    
“Ermənistan-Rusiya münasibətlərində dərin böhran var, siyasi və şifahi atışmalar bunu göstərir”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Armen Petrosyan deyib.

Onun sözlərinə görə, eyni zamanda böhranın dərinləşməsi təşəbbüsünün kimdən gəldiyini söyləmək çətindir.

“Təşəbbüskarın Ermənistan olması fakt deyil, çünki Moskvanın İrəvandan gözləntilərinin olması göz qabağındadır ki, bu da Azərbaycanla danışıqların Rusiya platformasına keçirilməsi ilə bağlı ola bilər. 10 noyabr 2020-ci il tarixli bəyanatla baş verənləri nəzərə alsaq, məlum səbəblərə görə Ermənistan bunun əleyhinədir”, - deyə Petrosyan bildirib.

Petrosyan Diplomatik Forum çərçivəsində Antalyada Ermənistan və Rusiya nümayəndə heyətlərinin görüşünün keçirilməməsini əlamətdar hesab edib.

O əlavə edib ki, apreldə Rusiya Ermənistana qarşı aydın addımlar ata bilər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin