Erməni siyasi xadim: “İndi Zəngəzur yolu məsələsi Ermənistanın başı üzərində asılıb”

2024/03/image-1709626186.jpg
Oxunub: 189     15:02     05 Mart 2024    
“İndi Zəngəzur yolu məsələsi Ermənistanın başı üzərində asılıb, bunun ətrafında beynəlxalq konsensus olmasa da, Rusiya ilə Qərbin məsələnin həlli üçün ayrıca qərarı və prosesi var”.

Ordu.az xəbər verir ki, bunu “Yaşanılası ölkə” partiyasının həmtəsisçisi Mesrop Arakelyan öz “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, üstəlik, qarşı tərəfin prosesdən uzaqlaşdırılmasının vacibliyi də həmin prosesdə böyük paya malikdir.

“2021-ci ildən başlayaraq, Ermənistanın xarici siyasət gündəmində bir məsələ var: 10 noyabr açıqlamasının 9-cu bəndinin icrası. Bütün digər məsələlər, bu iki ildə baş verənlər, yaxın gələcəkdə baş verəcək hadisələr bunun törəmələridir”, - deyə Arakelyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Zəngəzur  


Bizi "telegram"da izləyin