KİV: Paşinyan yeni konstitusiya ilə bağlı müzakirələrin dayandırılması barədə göstəriş verib

2024/03/1709625899.jpg
Oxunub: 171     14:00     05 Mart 2024    
"“Hayakve” təşəbbüsü “Ermənistanın müstəqillik bəyannaməsi və milli dövlət baxışı” adı altında böyük bir konfrans təşkil edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşr qeyd edib ki, konfransın təşəbbüskarları bir sıra fəaliyyətlərə başlayacaqlarını elan ediblər.

“Hərəkatın koordinatoru Avetik Çalabyanın sözlərinə görə, məqsəd ölkədə yeni, milli hökumət formalaşdırmaq, onun fəaliyyəti üçün aydın, ictimaiyyət tərəfindən başa düşülən gündəm müəyyən etmək və ölkəni bu görünməmiş təhlükəsizlik böhranından çıxarmaqdır. Əslində bu, həm də Paşinyanın yeni konstitusiyasına qarşı ilk ciddi, mütəşəkkil, institusional hərəkat idi. Bununla bağlı onun peykləri hakimiyyətin qorxusunu görməzdən gələrək, hökumətin informasiya platformalarında müxtəlif qiyətləndirmələrə əl atmaqdan çəkinməyiblər. Konstitusiyaya dəyişiklik etmək planlarının Ermənistanda ciddi müqavimət mərkəzləri formalaşdırdığını anlayan Nikol Paşinyan “Vətəndaş Müqaviləsi” partiyasının İdarə Heyətinin son iclasında yeni konstitusiyanın qəbulu ilə bağlı gündəm barədə mümkün qədər az ictimaiyyətə danışmağı tapşırıb. Bu, hakim komandaya təqdim edilən rəy sorğuları ilə də bağlıdır. Həmin sorğulara görə, referendum Paşinyan komandası üçün biabırçı nəticələrlə başa çata bilər. Paşinyan komandasına ilk növbədə müqavimət mərkəzlərini, “Hayakve”ni və digərlərini zəiflətməyi tapşırıb”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Konstitusiya  


Bizi "telegram"da izləyin