Milli Məclis ombudsmanın illik məruzəsini qəbul edib - YENİLƏNİB

2024/02/9935_-1709190859.jpg
Oxunub: 338     12:42     05 Mart 2024    
Milli Məclis Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsman) 2023-cü il üzrə məruzəsini qəbul edib.

Ordu.az xəbər verir ki, məruzə parlamentin martın 5-də keçirilən iclasında müzakirəyə çıxarılıb.

Onu ombudsman Səbinə Əliyeva təqdim edib.

***

Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsman) 2023-cü il üzrə məruzəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Ordu.az-ın xəbərinə görə, məruzə barədə Ombudsman Səbinə Əliyeva məlumat verir.

O bildirib ki, keçən il ombudsmanın ünvanına 29 min 411 müraciət daxil olub: “Müraciətlərə Konstitusiya Qanunu ilə müəyyən edilmiş müddətlərdə baxılıb və cavablandırılıb. Azadlıq hüququnun təmini ilə bağlı ombudsmanın ünvanına daxil olan müraciətlərdə, əsasən, şəxsiyyət vəsiqəsi ilə təmin edilmə, yaşayış yeri üzrə qeydiyyata alınma, şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsinin deaktiv edilməsi, ölkədən çıxışa qoyulmuş məhdudiyyətin götürülməsi və bu kimi digər məsələlər öz əksini tapıb. Bu müraciətlər üzrə səlahiyyətli dövlət qurumlarına müraciətlər edilib, hüquqların bərpası istiqamətində zəruri tədbir görülüb”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ombudsman   Milli-Məclis   Hesabat  


Bizi "telegram"da izləyin