KİV: Ermənistan Aİ üzvlüyünə namizəd olmaq üçün payıza qədər müraciət edə bilər

2024/03/1709624972.jpg
Oxunub: 92     11:29     05 Mart 2024    
Ermənistan Baş naziri Nikol Paşinyan “Vətəndaş müqaviləsi”nin deputatları ilə qapalı görüşdə bildirib ki, ölkəsi Avropa İttifaqının (Aİ) üzvlüyünə namizəd olmaq üçün payıza qədər müraciət etməlidir.

Ordu.az xəbər verir ki, bu barədə “Hraparak“ nəşri partiyadakı mənbələrə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, görüş martın 1-də parlamentdə keçirilib. Görüşdə nazirlər və Təhlükəsizlik Şurasının katibi də iştirak edib.

Paşinyan açıq şəkildə bildirib ki, Qərb Ermənistandan Rusiyanın regiondan sıxışdırılması üçün əməli addımlar atmasını tələb edir və indiki vəziyyətdə bu tələbləri yerinə yetirməkdən başqa çarə yoxdur.

“Paşinyan hesab edir ki, Ermənistanın təhlükəsizlik maraqları ondan Aİ-yə üzvlüyə namizəd olmağı tələb edir. Hərbi cəhətdən olmasa da, heç olmasa iqtisadi cəhətdən bu, Ermənistanın güclənməsinə imkan verəcək", – qəzet qeyd edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qərb   Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin