Rəvan Həsənov: "İslamofobiya, Türkofobiya, Azərbaycanofobiyanın mövcudluğu bir reallıqdır"

2024/03/12851-1709623503.jpg
Oxunub: 88     11:21     05 Mart 2024    
İslamofobiya, Türkofobiya, Azərbaycanofobiyanın mövcudluğu bir reallıqdır. Bəzi Qərb ölkələrinin bu istiqamətdə atdığı addımlar dinin siyasiləşməsinə gətirib çıxarır.

Ordu.az xəbər verir ki, bu fikirləri Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda keçiriləcək tədbirlə bağlı mətbuat konfransında deyib.

O qeyd edib ki, martın 8-9-da baş tutacaq konfransda İslamofobiyanın yeni simaları elmi müstəvidə müzakirə ediləcək:

“Əsas plenar iclasda ICESCO-nun da həmtəşkilatçılığı mövcuddur. Keçən il əsası qoyulan bu konfransın dayanıqlı platforma olması planlaşdırılır. Azərbaycan birinci ölkələrdən idi ki, İslamofobiyanı bu səviyyədə müzakirəyə çıxarırdı”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İslamofobiya   Türkofobiya   Azərbaycan  


Bizi "telegram"da izləyin