Şuşada müxtəlif markalı silahlar aşkar edilib

2024/03/1709623173.jpg
Oxunub: 137     11:17     05 Mart 2024    
Polis əməkdaşları Şuşada müxtəlif markalı silahlar aşkar ediblər.

Bu barədə Ordu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silah-sursatın yığılaraq təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir. Keçirilən tədbir zamanı müxtəlif markalı 8 avtomat, 5 tapança, 1 pulemyot, 9 ov silahı və digərləri aşkar olunaraq müvafiq qaydada götürülüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şuşa   Silah  


Bizi "telegram"da izləyin