Polşa 1,3 milyard dollara “Carl-Gustaf M4” tank əleyhinə silah sistemləri alacaq

2024/03/1709621099.jpg
Oxunub: 182     14:14     05 Mart 2024    
İsveçdə yerləşən aviasiya və müdafiə sənayesi şirkəti “Saab” rəsmi “X” hesabında “Carl-Gustaf M4” tank əleyhinə silah sistemi, sursat və təlim avadanlıqlarının tədarükü üçün Polşa ilə 12,9 milyard İsveç kronu (1 milyard 245 milyon ABŞ dolları) dəyərində müqavilə imzalandığını açıqlayıb.

Ordu.az xəbər verir ki, müqavilənin 2024-2027-ci illər əhatəsində olacağı və 2024-cü ilin ikinci rübünün sonunda qüvvəyə minməsi gözlənilir.

“Carl-Gustaf M4” geri təpməsiz tank əleyhinə silah sistemi istifadə olunan döyüş sursatından asılı olaraq zirehli platformalar, bina və anti-personal kimi dəyişən missiya profilinə malik çoxyönlü silahdır.

“Carl-Gustaf” silah sistemləri yüksək partlayış qabiliyyətinə malik sursatlar, tüstü və işıqlandırma sursatları da daxil olmaqla müxtəlif döyüş sursatlarından istifadə edə bilər.

Sistem bir tanka atəş açıldıqda 400 metr, binalar kimi sabit hədəflərə qarşı isə 700 metrə qədər təsirli məsafəyə malikdir. Bununla belə, döyüş sursatının növündən asılı olaraq sistemin təsirli məsafəsi 1000 metrə qədər ola bilər.

İki nəfər tərəfindən istifadə edildikdə, atəş sürəti dəqiqədə 6 mərmidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa1   Carl-GustafM4  


Bizi "telegram"da izləyin