“Levent” HHM Raketi ilk dəfə görüntülənib

2024/03/Roket-1709620841.jpg
Oxunub: 175     12:54     05 Mart 2024    
Qətərin paytaxtı Dohada keçirilən DIMDEX 2024 Doha Beynəlxalq Dəniz Müdafiəsi Sərgisi öz qapılarını açıb.

Ordu.az xəbər verir ki, sərgiyə raket və sursat həlləri ilə qatılan ROKETSAN inkişaf etdirməyə davam etdiyi “Levent” Yaxın Hava Hücumundan Müdafiə (HHM) Raketinin tam miqyaslı versiyasını ilk dəfə sərgiləyib.

Dəniz platformalarının gəmi əleyhinə raketlər başda olmaqla, hər cür hava hədəfinə qarşı yaxın məsafələr üçün nəzərdə tutulmuş HHM-i üçün hazırlanan “Levent” raketi 11 kilometr mənzilə və 70 kiloqram ağırlığa malikdir.

128 mm diametrli raket Passiv RF və Görüntüləyici İnfraqırmızı Axtarış Başlığından (IIR) ibarət iki rejimli axtarış başlığından istifadə edir.

“Sungur” Portativ HHM Raketinin bazası əsasında hazırlanan “Levent” burun hissədəki IIR Axtarış Başlığı ilə hədəfin temperaturuna və ön hissəsindəki Passiv RF antenaları ilə hədəfdən yayımlanan RF dalğalarına istiqamətlənəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Levent   HHM  


Bizi "telegram"da izləyin