Polşa 2,5 milyard dollarlıq yeni HHM sistemi müqaviləsi imzalayıb

2024/03/1709620665.jpg
Oxunub: 181     12:17     05 Mart 2024    
Polşa 2,5 milyard dollar dəyərində yeni Hava Hücumundan Müdafiə (HHM) döyüş sistemi almaq üçün müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, Polşa ölkənin “Wisla” və “Narew” HHM proqramlarının ikinci mərhələsi olan Amerikan İnteqrasiya Edilmiş Hava və Raket Müdafiəsi Döyüş Komandanlığı Sistemi (IBCS) üçün 2,5 milyard dollarlıq müqavilə imzalayıb.

Əsasən “Northrop Grumman” tərəfindən istehsal olunan sistem Polşada Patriot HHM sistemləri və “Narew” qısa mənzilli HHM (SHORAD) sistemi ilə inteqrasiya olunmuş şəkildə işləyəcək.

Müqaviləyə passiv İFF sistemləri, kriptoqrafik cihazların alınması, proqram təminatı üzrə tədqiqatların həyata keçirilməsi, laboratoriya infrastrukturunun genişləndirilməsi, Polşanın digər HHM sistemləri radarlarının və “Narew” buraxılış qurğularının IBCS sisteminə inteqrasiyası daxildir.

ABŞ Dövlət Departamenti 2023-cü ilin sentyabrında Polşa ilə təxminən 4 milyard dollar dəyərində daha böyük IBCS sazişini təsdiqləyib.

Polşa həmçinin bu yaxınlarda Polşa avtomobil istehsalçısı “AMZ-Kutno”nun rəhbərlik etdiyi Polşa müəssisələri konsorsiumundan 286 yeni yüngül zirehli kəşfiyyat vasitələrindən ibarət park üçün çərçivə sazişi imzalayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   HHM  


Bizi "telegram"da izləyin