Niderland Ukraynaya dəniz platformaları və artilleriya mərmiləri bağışlayacaq

2024/03/Nethe-1709626632.jpg
Oxunub: 169     11:43     05 Mart 2024    
Niderland Ukraynaya sürətli və yüksək manevr qabiliyyətinə malik patrul katerləri və hücum katerləri təqdim edəcəyini açıqlayıb.

Ordu.az xəbər verir ki, Niderland həmçinin qısa müddətdə Ukraynaya çoxlu sayda artilleriya mərmisi sifariş etmək üçün Çexiya tərəfindən hazırlanan təşəbbüsə 250 milyon avro yardım edəcək.

Çatdırılmaya 14 ədəd bərk gövdəli şişmə qayıq (RHIB), 8 ədəd hərbi çay patrul kateri, CB90 hücum kateri daxildir və bu gəmilərin bəziləri Niderland Müdafiə Nazirliyinin öz inventarından, digərləri isə satın alınaraq tədarük ediləcək.

Niderland 2023-cü ilin dekabr ayının əvvəlindən Ukraynaya müxtəlif növ sursat, radar sistemləri və pulemyot kimi fərdi silahlar tədarük edib.

Ötən həftə Niderlandın Ukraynaya 100 milyon avrodan çox əlavə sursat verəcəyi də açıqlanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Niderland   Ukrayna  


Bizi "telegram"da izləyin