Ukrayna kəşfiyyatının hesabatı: Rusiya artilleriya sursatlarının istehsalını artırır

2024/03/1709626682.jpg
Oxunub: 197     11:00     05 Mart 2024    
Ukrayna kəşfiyyatı Rusiyanın son vaxtlar artilleriya sursatlarının istehsalını xeyli artırdığını bildirib.

Ordu.az xəbər verir ki, Ukrayna kəşfiyyatının dərc etdiyi hesabatdakı hesablamalara görə, Rusiyada illik artilleriya sursatının istehsalı 2024-cü ildə 700 min ədəd artacaq.

Məlumata görə, Rusiyanın hazırkı istehsal səviyyələrinin 100 mm-lik, 122 mm-lik, 152 mm-lik artilleriya mərmiləri və raketlər də daxil olmaqla, müxtəlif çaplı 3,8 milyon ədəd olduğu güman edilir.

Ancaq yeni artımla Rusiyanın 122 mm-lik sursat istehsalının ilin sonuna qədər hər il 4,5 milyon ədədə çatacağı gözlənilir.

Artımın ilk növbədə 122 mm və 152 mm-lik çaplı mərmilərdə olacağı gözlənilsə də, hazırda bu çapların illik istehsalı 2 milyon ədəd olaraq qiymətləndirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna.Kəşfiyyat   Rusiya  


Bizi "telegram"da izləyin