Çin-Hindistan gərginliyində yeni pərdə: Hindistan strateji əhəmiyyətli adalarda hərbi bazalar açacaq

2024/03/hindo-1709620380.jpg
Oxunub: 169     10:33     05 Mart 2024    
Hindistan Hərbi Dəniz Qüvvələri (HDQ) Maldiv adalarına yaxın “strateji əhəmiyyətli” adalarda qüvvələrini gücləndirdiyini və bir neçə gün ərzində bölgədə yeni hərbi bazanın açılacağını açıqlayıb.

Ordu.az xəbər verir ki, Hindistan HDQ-dən verilən açıqlamada Çinin şərq-qərb əhəmiyyətli beynəlxalq gəmiçilik yollarının kəsişdiyi arxipelaq ölkəsində Hindistanın artan varlığı səbəbiylə yeni elan edilən bazanın Dehli üçün strateji olacağı ifadə edilib.

Hindistanın Lakşadvip adaları Maldiv adalarından təxminən 130 kilometr şimalda yerləşir və Minicoy adasındakı yeni dəniz bazası bu adalara ən yaxın nöqtədə yerləşir.

Hindistan HDQ-nin artıq Lakşadvip adasındakı Kavarattidə bazası var. Bununla belə, yeni baza Maldiv adalarına təxminən 258 kilometr daha yaxın olacaq.

Açıqlamada həmçinin qeyd olunub ki, bu addım Hindistanın adalardakı təhlükəsizlik infrastrukturunu mərhələli şəkildə artırmaq siyasətinin bir hissəsidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Hindistan  


Bizi "telegram"da izləyin