Astanada Azərbaycan-Qazaxıstan Birgə Hökumətlərarası Komissiyasının 20-ci iclası keçirilir

2024/03/30554-1709618932.jpg
Oxunub: 163     09:57     05 Mart 2024    
Bu gün Astanada Azərbaycan və Qazaxıstan respublikaları arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 20-ci iclası keçirilir.

Ordu.az-ın Mərkəzi Asiya bürosu xəbər verir ki, iclasdan əvvəl Komissiyanın həmsədrləri, Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Qazaxıstanın nəqliyyat naziri Marat Karabayevin arasında ikitərəfli görüş olub.

İki ölkə arasında əməkdaşlığın bütün istiqamətlərində qarşılıqlı fəaliyyəti gücləndirmək üçün atılan addımlar, ixrac-idxal malları nomenklaturunun genişləndirilməsi, enerji, investisiya, nəqliyyat-logistika sahələri üzrə prioritet əhəmiyyətli layihələrin inkişafına dair fikir mübadiləsi aparılıb.

Komissiyanın iclasında qardaşlıq və dostluğa əsaslanan yüksək səviyyəli Azərbaycan-Qazaxıstan münasibətlərinin yeni tarixi mərhələdə inkişafını təmin edən çoxşaxəli əməkdaşlıq gündəliyi, hədəflər, ticari-iqtisadi, enerji, nəqliyyat, logistika, sənaye, tikinti, kənd təsərrüfatı, səhiyyə, qida təhlükəsizliyi, kosmik fəaliyyət, rəqəmsallaşma, informasiya texnologiyaları, elm və təhsil, mədəniyyət, gənclər siyasəti, turizm, idman, ekologiya və ətraf mühit sahələrində görülən işlər və perspektivlər nəzərdən keçirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Qazaxıstan  


Bizi "telegram"da izləyin