ABŞ Qırmızı dənizdə gəmi əleyhinə iki raketi zərərsizləşdirib

2024/03/1709617307.jpg
Oxunub: 144     09:27     05 Mart 2024    
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) qüvvələri son 24 saat ərzində Qırmızı dənizdə gəmi əleyhinə iki qanadlı raketi zərərsizləşdirib.

Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə CENTCOM-un sosial şəbəkədə yaydığı məlumatda bildirilib.

CENTCOM qüvvələri bölgədəki ticarət və ABŞ Hərbi Dəniz Qüvvələri gəmiləri üçün birbaşa təhlükə yaradan iki gəmi əleyhinə qanadlı raketə qarşı zərbələr endirib.

Qeyd edilib ki, bundan başqa, Yəmənin şimalındakı “Ənsar Allah” hərəkatı (husilər) Liberiya bayrağı altında üzən konteyner gəmisinə gəmi əleyhinə iki qanadlı raket atıb. Raketlərdən biri gəmiyə dəyib, lakin xəsarət alan olmayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Qırmızıdəniz  


Bizi "telegram"da izləyin