ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi vəzifəsini tərk edəcək

2024/03/1709615157.jpg
Oxunub: 134     02:42     05 Mart 2024    
Con Kerri martın 6-da ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi vəzifəsini tərk edəcək.

Ordu.az xəbər verir ki, bu barədə "The Hill" qəzeti Kerrinin mətbuat katibinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, 6 mart Kerrinin iqlim üzrə xüsusi nümayəndə kimi sonuncu iş günü olacaq. Mətbuat katibi onun gələcək planları barədə heç nə deməyib.

“The Hill” onun Yale Universiteti ilə əməkdaşlığa başlayacağını güman edir.

“Axios” portalının məlumatına görə, Kerri Baydenin seçki kampaniyasının qərargahında işə başlayacaq. İqlim üzrə xüsusi nümayəndə postunu isə Prezidentin innovasiya və təmiz enerji layihələri üzrə baş məsləhətçisi Con Podesta tutacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Seçki  


Bizi "telegram"da izləyin