Husilər Ərəbistan dənizində İsrail gəmisinə hücum ediblər

2024/03/1709615088.jpg
Oxunub: 142     02:06     05 Mart 2024    
Üsyançı “Ənsar Allah” hərəkatının hərbi nümayəndəsi Yəhya Saria Yəmən husilərinin Ərəbistan dənizində İsrailin MSC SKY gəmisinə hücum etdiyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə “Al Masirah” məlumat yayıb.

Məlumata görə, Yəmənin Hərbi Dəniz Qüvvələri İsrail gəmisinə raketlərlə hücum edib.

Yəhya Saria zərbənin dəqiq və birbaşa olduğunu vurğulayıb.

Bundan əvvəl “Ənsar Allah” hərəkatının Ali İnqilab Komitəsinin rəhbəri Məhəmməd Əli əl-Husi Ədən körfəzində Britaniyanın “Rubymar” gəmisinə endirilən zərbələrə görə Baş nazir Rişi Sunakı təqsirləndirib. O, həmçinin Britaniyaya gəmiyə girişlə bağlı ultimatum verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Husilər   Ərəbistan   İsrail  


Bizi "telegram"da izləyin