İsrail BMT-dəki daimi nümayəndəsini geri çağırıb

2024/03/1709614820.jpg
Oxunub: 116     23:55     04 Mart 2024    
İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan məsləhətləşmələr üçün Nyu-Yorkdan geri çağırılıb.

Ordu.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri İsrael Katz "X" səhifəsində yazıb.

Nazir bildirib ki, bu qərar BMT-nin 2023-cü il oktyabrın 7-də HƏMAS hərəkatının silahlı tərəfdarları tərəfindən törədilmiş cinsi zorakılığa dair hesabatı susdurmağa çalışması səbəbindən qəbul edilib.

İsrailli nazirin sözlərinə görə, BMT-nin baş katibi Antoniu Quterreş bu hesabata lazımi diqqət yetirməyib və onun müzakirəsi üçün Təhlükəsizlik Şurasının iclasını çağırmayıb.

Rəsmi Təl-Əviv qeyd edir ki, sözügedən hücum sərhədyanı kəndlərin əhalisinə qarşı çoxsaylı cinsi zorakılıq halları ilə müşayiət olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   BMT  


Bizi "telegram"da izləyin