Britaniyada muzeydən 600 min funt sterlinq dəyərində hərbi mükafatlar yoxa çıxıb

2024/03/e2326-1709570685.jpg
Oxunub: 234     00:08     05 Mart 2024    
Böyük Britaniyada Esseks qraflığındaki Çelmsford muzeyindən 600 min funt sterlinq (760,6 min ABŞ dolları) dəyərində iki hərbi mükafat yoxa çıxıb.

Ordu.az xəbər verir ki, bu barədə “The Times” qəzeti yazır.

Şəhər muzeyindən iki nüfuzlu “Viktoriya xaçı” medalının yoxa çıxması polis tərəfindən araşdırılır.

İstintaq oğurluq maddəsi ilə aparılır, lakin muzeydən heç bir oğurluq faktının qeydə alınmadığı iddia olunur.

“Viktoriya xaçı” medalı Britaniyada ən yüksək hərbi mükafatdır, o, qəhrəmanlığa, döyüşlərdə göstərilən qəhrəmanlığa görə verilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Hərbi-mükafat  


Bizi "telegram"da izləyin