Nikki Heyli Kolumbiya dairəsində praymeriz seçkilərində Donald Trampa qalib gəlib

2024/03/nikki-1709567734.jpg
Oxunub: 133     19:50     04 Mart 2024    
ABŞ-nin BMT yanında keçmiş daimi nümayəndəsi Nikki Heyli Kolumbiya dairəsində Respublikaçıların praymeriz seçkilərində rəqibi Donald Trampa qalib gəlib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ KİV-ləri məlumat yayıb.

Məlumata görə, Heyli Kolumbiya dairəsində keçirilən praymeriz seçkilərində səslərin təqribən 63 faizini qazandığı halda, rəqibi Donald Tramp təqribən 33 faiz səs toplaya bilib.

Qeyd edək ki, bu praymeriz seçkilərində Nikki Heylinin ilk qələbəsi olub. Belə ki, Heylini indiyiədək 43 nümayəndə dəstəkləyib. Trampa isə 244 nümayəndə səs verib.

Qeyd edək ki, ABŞ-də növbəti prezident seçkiləri bu ilin noyabr ayında keçiriləcək. ABŞ-nin hazırki prezidenti Co Bayden və keçmiş prezident Donald Tramp da seçkilərdə namizədliyini irəli sürəcəyini açıqlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Heyli   Tramp   ABŞ  


Bizi "telegram"da izləyin