Türkmənistan bu il TDT-nin tamhüquqlu üzvü ola bilər

2024/03/65e5c-1709559845.jpg
Oxunub: 267     17:41     04 Mart 2024    
Türkmənistan bu il Türk Dövlətləri Təşkilatının (TDT) tamhüquqlu üzvü ola bilər.

Ordu.az xəbər verir ki, bu barədə Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Türkiyənin Antalya şəhərində təşkil olunan III Diplomatiya Forumu çərçivəsində bildirib.

Qurbanqulu Berdiməhəmmədovun sözlərinə görə, bu qərar ola bilsin ki, Aşqabadda Maxtumkuli Fraqinin 300 illik yubileyinə həsr olunmuş dövlət başçılarının Zirvə görüşündə açıqlansın.

Həmçinin bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşqabadda keçiriləcək Zirvə toplantısında iştirak etmək arzusunu ifadə edib.

Xatırladaq ki, Türkmənistan hazırda TDT-də müşahidəçi statusuna malikdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkmənistan   TDT  


Bizi "telegram"da izləyin