İranda keçirilən seçkilərdə seçici fəallığı açıqlanıb

2024/03/ehmed-1709558800.jpg
Oxunub: 203     17:12     04 Mart 2024    
İranda 12-ci çağırış parlament və 6-cı çağırış Ekspertlər Məclisi seçkilərində səsvermədə 25 milyon nəfər iştirak edib.

Ordu.az-ın məlumatına görə, bunu İranın daxili işlər naziri Əhməd Vəhidi bu gün (4 mart) keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, seçkilərdə etibarsız səslərin sayı 5% təşkil edib.

İranlı nazir deyib ki, İranda 245 namizəd deputat mandatını qazanıb. 45 deputat isə gələn İran ilinin 2-ci ayında (20 aprel-20 may 2024) keçiriləcək seçkilərin 2-ci turunda seçiləcək. Seçilən deputatların 11 nəfəri qadındır.

Qeyd edək ki, İranda 1 martda 12-ci çağırış parlament və 6-cı çağırış Ekspertlər Məclisinə seçkiləri keçirilib. Seçkilərdə təxminən 61,2 milyon (61 172 298) nəfərin səsvermə hüququ olub. İran parlamentində 290 deputat mandatı uğrunda 15,2 min nəfər rəqabət aparıb.

Ekspertlər Məclisi İranın Ali Liderinin təyin olunması, kənarlaşdırlması və fəaliyyətinə nəzarət edən məclisdir. Ekspertlər Məclisində 88 yer uğrunda 144 namizəd rəqabət aparıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Seçki  


Bizi "telegram"da izləyin