Medvedev Ukraynanın dörd dövlət arasında bölündüyü xəritə nümayiş etdirib

2024/03/65e5b-1709552916.jpg
Oxunub: 238     15:29     04 Mart 2024    
Rusiyanın üçüncü prezidenti, hazırda Təhlükəsizlik Şurasının sədr müavini olan Dmitri Medvedev Soçidə keçirilən Ümumdünya Gənclər Forumunda çıxışı zamanı arxa fonda nümayiş olunan xəritədə Ukrayna ərazisi Rusiya, Polşa, Rumıniya və Macarıstan arasında bölünüb.

Ordu.az-ın xəbərinə görə, Ukraynanın Donbass, Xarkov, Sum, Xerson, Zaporojye, Çerniqov, Nikolayev, Poltava, Dnepr və Odessa vilayətləri Rusiya ərazisi kimi, Vinitsa və Çernivitsi Rumıniya, Ujqorod Macarıstan, Lvov, İvanı-Fransisk, Lutsk, Rivne, Ternopil, Xmeltenski və Jitomir vilayətləri Polşa ərazisi kimi təqdim olunub.

Məlum xəritədə yalnız Kiyev və ətrafı Ukrayna bayrağı altında nümayiş olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Medvedev   Ukrayna  


Bizi "telegram"da izləyin