Lavrovun İrəvana xəbərdarlığı sanksiyaları, yoxsa hakimiyyət dəyişikliyini nəzərdə tutur - BAXIŞ BUCAĞI

2024/03/thumb-1709541743.jpg
Oxunub: 283     15:37     04 Mart 2024    
Antalya Diplomatik Forumu çərçivəsində keçirilən mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın Baş nazirinin KTMT ilə bağlı bəyanatlarına toxunaraq, kifayət qədər açıq şəkildə bildirdi ki, Ermənistan KTMT-dən çıxa, lakin Avrasiya İqtisadi Birliyində (AİB) qala bilməz.

Başqa sözlə desək, Lavrovun fikrincə, Ermənistan KTMT ilə bağlı mövqeyi ilə özü üçün siyasi problemləri həll edə, AİB xətti üzrə isə inteqrasiya layihəsində işi davam etdirməklə, iqtisadi effekt əldə edə bilməz. Rusiya xarici işlər naziri faktiki olaraq siyasi məsələlərin həlli yolunda Moskvaya qarşı strateji təhdidlər olacağı təqdirdə İrəvanın iqtisadi sanksiyaya məruz qalacağını ifadə edir.

Şübhə yoxdur ki, Rusiyanın Ermənistana iqtisadi zərbə vurmaq üçün əhəmiyyətli rıçaqları var. Bu məsələdə ekvivalent alternativin heç bir real perspektivi yoxdur. Bu, çox güman ki, Ermənistan daxilində ictimai əhval-ruhiyyənin ciddi şəkildə dəyişməsinə gətirib çıxaracaq. Dəfələrlə qeyd etdiyimiz kimi, Ermənistanın indiki siyasəti taktiki mənada Rusiya üçün məqbul ola bilər ki, bu da Qərb aktorlarının sabitlik baxımından ciddi məsuliyyət daşıdığı bir vəziyyət yaradır.

Eyni zamanda, Moskva üçün taktiki təsir və ya üstünlük artıq strateji risk rejiminə keçə bildiyi halda vəziyyətin strateji dönüşünə yol verməmək vacibdir. Lavrovun bəyanatı bu vəziyyəti, belə demək mümkündürsə, taktiki-strateji nisbəti idarə etməyin sübutudur ki, bu da İrəvana Rusiyanın vəziyyəti “buraxmaq” niyyətində olmadığını göstərməyə yönəlib.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   İrəvan   KTMT  


Bizi "telegram"da izləyin