“Lavrov başa salıb ki, Rusiya ilə münasibətlərin “çubuğu”nu aşağı salmaq nəticələr verəcək” - Abrahamyan

2023/04/4fbe4-1680327938.jpg
Oxunub: 181     16:01     04 Mart 2024    
“Beləliklə, proqnozlaşdırıldığı kimi, Rusiya xarici işlər naziri Paşinyanın KTMT-də fəaliyyətin dondurulması ilə bağlı bəyanatına toxunaraq qeyd edib ki, Ermənistan qalmaq və ya çıxmaq barədə dəqiq qərar verməlidir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abrahamyan öz “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, bu kontekstdə Rusiya rəsmisi dolayısı ilə başa salıb ki, qalmamaq və ümumiyyətlə, Rusiya Federasiyası ilə münasibətlərin “çubuğu”nu aşağı salmaq da nəticələr verəcək.

“Ehtimal olunur ki, bu, Rusiyanın Ermənistana münasibətdə siyasətinə yenidən baxılması deməkdir. Bu, siyasi, hərbi əməkdaşlıqdan iqtisadi əməkdaşlığa qədər bütün sahələri əhatə edir. Ermənistan hakimiyyəti bu diskursu yeni formalaşdırmır və ya buna ciddilik qoymur. Məsələ ondan ibarətdir ki, Rusiya Federasiyası bunun adi bir şantaj, yoxsa Ermənistanın Aİ-yə qarşı yeni kursu olduğunu başa düşmək üçün hesabları yekunlaşdırmağa çalışır. Rusiya Federasiyası bunu ona görə edir ki, gələcəkdə onun sərt əks təsiri Ermənistanda və xarici dünyada tam şəkildə dərk edilsin. Bunların hansı nəticələri verəcəyi və nə dərəcədə olacağı isə hadisələrin gedişindən asılıdır. Bu vəziyyətdə Ermənistan hökuməti nə edəcək? Bəli, bütün əvvəlki mühüm qərarlarda olduğu kimi, ən pis yolla gedəcək”, - deyə Abrahamyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Rusiya  


Bizi "telegram"da izləyin