Türkiyənin 40 şirkəti Qətərdə keçiriləcək 8-ci Doha Beynəlxalq Dəniz Müdafiə Sərgi və Konfransında iştirak edəcək

2024/03/2024--1709541474.jpg
Oxunub: 193     20:21     04 Mart 2024    
Türkiyə müdafiə sənayesində fəaliyyət göstərən 40 şirkət Qətərdə keçiriləcək 8-ci Doha Beynəlxalq Dəniz Müdafiə Sərgi və Konfransında (DIMDEX 2024) iştirak edəcək.

Ordu.az xəbər verir ki, Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin himayəsi altında və Qətər Silahlı Qüvvələrinin təşkilatçılığı ilə keçirilən DIMDEX beynəlxalq müdafiə və təhlükəsizlik sənayesi sahəsində regionun görkəmli tədbirləri sırasındadır.

8-ci DIMDEX sərgisi 4-6 mart tarixləri arasında Qətər Milli Konqres Mərkəzində keçiriləcək.

Türkiyə müdafiə sənayesi DIMDEX-də əvvəlki illərdə olduğu kimi güclü iştiraka sahib olacaq.

Türkiyə Müdafiə Sənayesi Komitəsinin (SMK) koordinasiyası ilə Türkiyədən 40 şirkət öz məhsullarını və imkanlarını Türkiyə stendində nümayiş etdirəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   SMK   DIMDEX  


Bizi "telegram"da izləyin