STM Türkiyənin ilk beynəlxalq səviyyədə təsdiqlənən WECDIS-ini hazırlayıb

2024/03/26_19-1709541318.jpg
Oxunub: 202     17:58     04 Mart 2024    
Türkiyənin müdafiə sənayesi fəaliyyətində mühüm rol oynayan, yenilikçi və milli sistemlər istehsal edən “STM Savunma Teknolojileri Mühendislik ve Ticaret A.Ş.” dəniz platformaları üçün alt sistem yerliləşdirələrinə davam edir.

Ordu.az xəbər verir ki, STM mühəndisləri tərəfindən hərbi dəniz platformaları üçün hazırlanmış Radioelektron Xəritə Ekranı, Məlumat və İzləmə Sistemi STMDENGİZ WECDIS qlobal miqyasda keçərliliyə sahib olan Dəniz Avadanlıqları Direktivindən (MED-Marine Equipment Directive) “Wheelmark” təsdiqini alıb.

Beləliklə, STMDENGİZ WECDIS Türkiyədə MED Sertifikatı alan ilk WECDIS məhsulu olub.

Hərbi məqsədlər üçün istifadə edilən sualtı və suüstü platformalar üçün istehsal edilən STMDENGİZ WECDIS yeni nəsil hərbi xəritə sistemlərini ehtiva etməklə yanaşı, bütün hərbi funksional tələbləri qarşılayacaq şəkildə dizyan edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: STM   Türkiyə   WECDIS  


Bizi "telegram"da izləyin