ABŞ-nin V-22 “Osprey” tiltrotorları uçuşa qayıdır

2024/03/1709541254.jpg
Oxunub: 162     17:33     04 Mart 2024    
ABŞ Müdafiə Nazirliyi Pentaqon Hərbi Hava Qüvvələrində (HHQ) baş verən ölümcül qəzadan sonra V-22 “Osprey” tiltrotorları üçün uçuş icazəsi verməyə hazırlaşır.

Ordu.az xəbər verir ki, ölkənin müdafiə naziri Lloyd Ostin V-22 “Osprey” hava vasitələri ilə bağlı qərarını hərbi xidmətlərin əməliyyatlara təhlükəsiz və ölçülüb-biçilmiş şəkildə qayıtmaq planlarını təsdiqlədiyi yüksək səviyyəli toplantıdan sonra verib.

ABŞ rəsmiləri Pentaqonun yerə endirilən V-22 “Osprey” tiltrotor hava vasitələrinə uçuş qadağasını gələn həftə aradan qaldıracağını bildiriblər.

Rəsmilər qeyd ediblər ki, təxminən üç ay əvvəl mübahisəli tiltrotor hava vasitəsini yerə endirən ABŞ Hərbi Dəniz Hava Sistemləri Komandanlığı bu əmri ləğv edəcək və xidmətlərə “Osprey”i yenidən uçuşa daxil etmə planlarını həyata keçirməyə başlamağa icazə verəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   V-22   Osprey  


Bizi "telegram"da izləyin