Türkiyə şirkəti ABŞ HDQ-nin mühərriklərinə xidmət göstərəcək

2024/03/LM250-1709541151.jpg
Oxunub: 197     17:00     04 Mart 2024    
Əskişəhərdə yerləşən “TUSAŞ Motor Sanayii” (TEI) ABŞ Silahlı Qüvvələrinin ən böyük gücü olan ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) mühərriklərinə qulluq edəcək.

Ordu.az xəbər verir ki, Türkiyənin aparıcı mühərrik şirkəti TEI ABŞ HDQ-yə məxsus LM2500 Qaz Turbinlərinin depo səviyyəsində texniki xidmətini və revizyonlarını həyata keçirəcək.

2023-cü ildə mühərrik istehsalçısı “GE Marine” ilə imzalanan müqavilə ilə TEI LM2500 mühərrikləri üçün qlobal baxım, təmir və təftiş mərkəzi olmaq üçün ilk addımı atıb.

ABŞ Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, 2026-cı ilin oktyabr ayına qədər davam edəcəyi bildirilən razılaşmaya əsasən, TEI bu 14 aylıq müddət ərzində TEI obyektlərində Amerika HDQ-nin istifadə etdiyi LM2500 mühərrikləri üçün depo səviyyəsində texniki xidmət və revizyon xidmətləri göstərəcək.

TF39 və CF6-6 aviasiya mühərriklərinin törəməsi olan LM2500 çoxlu sayda qlobal istifadəçi ilə dünyada ən çox seçilən dəniz qaz turbinlərindən biridir.

45,6 milyon ABŞ dolları tavan dəyəri olan bu müqavilə ilə TEI təkcə aviasiya mühərriklərində deyil, həm də aviasiya mühərrikindən əldə edilən qaz turbinlərinin baxım fəaliyyətlərində qlobal iddiasını bir daha sübut edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   ABŞ   HDQ  


Bizi "telegram"da izləyin