Fransanın A-330 tanker təyyarəsindən Türkiyənin F-16-larına havada yanacaq doldurulması həyata keçirilib

2024/03/2024--1709538368.jpg
Oxunub: 199     15:57     04 Mart 2024    
İlk dəfə olaraq Fransanın A-330 tanker təyyarəsindən Türkiyənin F-16 döyüş təyyarəsinə havada yanacaq doldurulması həyata keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi rəsmi “X” hesabında bildirib.

Paylaşıma görə, Türkiyənin F-16 döyüş təyyarələri yeni bir missiyanı yerinə yetirib.

NATO-nun Təkmilləşdirilmiş Hava Polisi missiyası çərçivəsində Türkiyənin Rumıniyadakı F-16 döyüş təyyarələri Fransa Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus çoxməqsədli yanacaq və nəqliyyat təyyarəsi olan A-330 MRTT “Phénix” tanker təyyarəsi ilə ilk dəfə havada yanacaq doldurma missiyasını yerinə yetirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   A-330   Türkiyə  


Bizi "telegram"da izləyin