Türkiyənin müdafiə və aviasiya sənayesi təxminən 12 faizlik artımla ixracat həyata keçirib

2024/03/2024--1709538262.jpg
Oxunub: 148     15:28     04 Mart 2024    
Türkiyənin müdafiə və aviasiya sənayesi 2024-cü ilin ilk 2 ayında əvvəlki ilə nisbətən təxminən 12 faizlik artımla ixracat həyata keçirib.

Ordu.az xəbər verir ki, bunu Türkiyə Müdafiə Sənayesi Komitəsinin (MSK) sədri Haluk Görgün 2024-cü ilin ilk 2 ayında müdafiə və aviasiya sənaye sahəsində ixracat məbləği ilə bağlı məlumatları paylaşarkən bildirib.

Haluk Görgün paylaşımında Türkiyənin mühüm ixracat məhsullarından biri olan müdafiə və aviasiya sənayesində 2024-cü ilin ilk 2 ayında ümumilikdə 632 milyon 783 milyon dollarlıq satış əldə edildiyini açıqlayıb.

Bu satış məbləği 2024-cü ilin ilk 2 ayında əvvəlki ilə nisbətən təxminən 12% artımı göstərir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   MSK  


Bizi "telegram"da izləyin