Erməni ictimai xadim: “Belə davam edərsə, Ermənistan ən azı yaxın gələcəkdə adını dəyişəcək”

2024/03/1709534815.jpg
Oxunub: 226     15:31     04 Mart 2024    
“Bilirsiniz ki, Ermənistanda çoxlu hindlilər var. Onlar artıq iqtisadiyyatın bir sıra sahələrini “fəth ediblər”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Vətəndaşın Hüquqlarının Müdafiəçisi” ictimai təşkilatının sədri Karen Hekimyan öz “Facebook” səhifəsində yazıb:

“Bunun yaxşı və ya pis olduğunu bilmirəm. Problem başqadır. Deməli, Ermənistanda işləyən hindlilərin böyük əksəriyyəti kişilər olub. Bu o demək idi ki, sonuncular Ermənistanı “xam torpaq” hesab edərək, bura gəliblər, buna görə də öz vətənlərinə qayıdacaqlar. Bu gün mən Ermənistanda çox böyük bir qurumda çalışan çoxlu sayda hind qadınını öz gözlərimlə gördüm. Bu o deməkdir ki, “xam torpaq” dövrü bitib, hindlilər daha vətənə qayıtmayacaqlar, əvəzində arvad-uşaqlarını Ermənistana çağırırlar. İndi sizə bundan sonra nə olacağını deyim. Birincisi, hindlilər məskunlaşdırılmalıdır. Hər bir ailənin məktəbə və müəllimə ehtiyacı olan çoxlu sayda uşaqları olacaq, ona görə də hind müəllimləri də ailələri ilə birlikdə Ermənistana gələcəklər. Bütün bu insanların tibbi yardıma ehtiyacı olacaq, ona görə də hind həkimləri Ermənistana gələcək və ya tibbi kursu bitirdikdən sonra Ermənistanda qalacaqlar. Bu qədər insanın qidalanması lazımdır və buna görə də Hindistan mənşəli ərzaq mağazaları, fabriklər, infrastrukturlar açılacaq. Sadaladığım strukturlarda Hindistandan da mütəxəssislər çalışacaq. Onlar subay olmayacaqlar. Ermənistan hindlilərinin mənəvi ehtiyaclarını ödəmək üçün Ermənistanda dini mərkəzlər tikiləcək, bura bütün dünya hindlilərinin ziyarəti təşkil olunacaq. Bunun yaxşı və ya pis olduğunu bilmirəm. Bircə onu bilirəm ki, belə davam edərsə, Ermənistan ən azı yaxın gələcəkdə adını dəyişəcək”, - deyə Hekimyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hindistan  


Bizi "telegram"da izləyin