İran "Mossad"la əlaqəli olduğunu iddia etdiyi daha bir nəfəri edam edib

2019/07/shira-1563781264.jpg
Oxunub: 157     20:47     03 Mart 2024    
İranda "Mossad"la əlaqəli olduğu iddia edilən daha bir nəfər edam olunub.

Ordu.az xəbər verir ki, bu barədə İranın dövlət televiziyası bildirib.

Edam edilən şəxs "Mossad' üçün əməliyyatlar həyata keçirməkdə ittiham edilib.

“2023-cü il yanvarın 28-də İsfahanda Müdafiə Nazirliyinin obyektində partlayış əməliyyatı təşkil etməkdə təqsirləndirilən "Mossad" kəşfiyyatçısı edam edilib”, - məlumatda qeyd edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   MOSSAD  


Bizi "telegram"da izləyin