Burkina-Fasoda silahlılar 170-ə yaxın sakini öldürüb

2023/09/1695703225.jpg
Oxunub: 159     14:14     03 Mart 2024    
Burkina-Fasonun şimalında üç kənddə silahlılar 170-ə yaxın sakini öldürüb.

Ordu.az xəbər verir ki, bu barədə Uahiquya rayon prokuroru Əli Benjamin Kulibali məlumat verib.

Onun sözlərinə görə, hadisələr Komsilqa, Nodin və Soroe kəndlərində baş verib.

O bildirib ki, hücum haqqında ilk dəfə fevralın 25-də məlumat verilib. Hazırda kəndlərə basqın edən silahlıların hansı qruplaşmaya aid olduğu müəyyənləşdirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Burkina-Faso   Silahlılar  


Bizi "telegram"da izləyin