İnquşetiyada terrora hazırlaşan 6 silahlı məhv edilib

2023/08/1693465440.jpg
Oxunub: 173     12:45     03 Mart 2024    
Rusiya Federasiyası İnquşetiya Respublikasının Karabulak ərazisində yaşayış binasında əməliyyat başa çatıb və 6 yaraqlı məhv edilib.

Ordu.az xəbər verir ki, bu barədə RİA Novosti-nin regional təhlükəsizlik güclərindəki mənbəsi bildirib.

“İlkin məlumatlara görə, toqquşma zamanı altı yaraqlı öldürülüb”, - deyə mənbə bildirib və əlavə edib ki, hazırda terrorçuların şəxsiyyəti müəyyənləşdirilir.

Xatırladaq ki, KTO-nun işə başlaması ilə bağlı mesajlar ötən gecə saat 19:30-da gəlməyə başlayıb. Silahlıların qarşısı Karabulakdakı yaşayış binalarından birində alınıb. Rusiya Federasiyası FSB-nin məlumatına görə, quldurlar terror cinayətləri törətməyi planlaşdırıblar və təslim olmaqdan imtina ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İnquşetiya   Terror  


Bizi "telegram"da izləyin