Meksika Ekvadorun keçmiş vitse-prezidentinin ölkəsinə ekstradisiyasından imtina edib

2024/03/0c89e-1709442129.jpg
Oxunub: 170     09:01     03 Mart 2024    
Meksika səfirliyə sığınan keçmiş vitse-prezident Xorxe Qlası Ekvadora təhvil verməkdən imtina edib.

Ordu.az-ın məlumatına görə, bunu Meksikanın xarici işlər naziri Alisiya Barsena "Radio Formula"ya müsahibəsində deyib.

"Bunu etmək olmaz, çünki bu, səfirliyimizin diplomatik toxunulmazlığını pozacaq. Biz Ekvadorun keçmiş vitse-prezidenti Xorxe Qlasın sığınacaq xahişini təhlil edirik", - A. Barsena deyib.

Nazirin sözlərinə görə, Meksika sığınacaq axtaranlar üçün həmişə çox qonaqpərvər ölkə olub. Xüsusən onlar siyasi təqiblərdən qaçarkən.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Meksika   Ekvador  


Bizi "telegram"da izləyin